Pedaqoji təhsil

ümumtəhsil və ixtisas məktəblərində, tədris-tərbiyə müəssisələrində təlim-tərbiyə işi üçün tələb olunan ixtisaslı kadrların hazırlanması sistemi.
Pedaqoji təcrübə
Pedaqoq
OBASTAN VİKİ
Pedaqoji təhsil
Pedaqoji təhsil – ümumtəhsil və ixtisas məktəblərində, tədris-tərbiyə müəssisələrində təlim-tərbiyə işi üçün tələb olunan ixtisaslı kadrların hazırlanması sistemi. == Əsas pedaqoji anlayışlar == Pedaqoji fəaliyyət böyüməkdə olan nəslin tərbiyəsi ilə məşğul olan ictimai əhəmiyyətli peşəkar fəaliyyətdir. O, təhsil prosesi çərçivəsində baş verir və məktəbəqədər yaşlı uşaqların şəxsiyyətinin tərbiyəsi, inkişafı üçün münasib şəraitin yaradılmasına yönəldilmişdir. Pedaqoji fəaliyyət yalnız uşağa müəyyən bilik və bacarıq ehtiyatı vermək deyil, həm də ona mənimsənilmiş həyat təcrübəsindən istifadə etmək qabiliyyətini inkişaf etdirmək imkanı da verir. Çoxəsrlik tarixə malik olan pedaqoji terminologiya bir sıra elmlərin qarşılıqlı təsiri ilə inkişaf edərək zənginləşmiş və pedaqoji anlayışlar sistemini yaratmışdır. Pedaqogika varlığı anlayışlar formasında mənimsəyən elmdir. Pedaqogika anlayışlar vasitəsilə öz obyektinə, predmetinə aid olan hadisələri və prosesləri təsvir və izah edir, elmi ümumiləşdirmələr aparır. Hazırda pedaqogikanın əsas anlayışları aşağıdakılardır: Təlim Tərbiyə Təhsil İnkişaf Pedaqoji proses Təlim ikitərəfli pedaqoji proses olduğundan öyrədənlə öyrənənlər arasında qarşılıqlı, məqsədyönlü, planlı, mütəşəkküil pedaqoji fəaliyyət mövcuddur. Təlim həm təhsilləndirici, həm tərbiyəedici, həm də inkişafetdirici vəzifələri kompleks həyata keçirir. Tərbiyə şüur və davranışın istənilən şəkilə salınması üçün yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübənin məqsədyönlü, planlı, ardıcıl olaraq yetişən gənc nəslə aşılanması və öyrədilməsidir.
Təhsil
Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlərinə də təhsil verə bilərlər. Təhsil rəsmi və qeyri-rəsmi üslubda həyata keçirilə bilər və kiminsə düşünməsi, hiss etməsi yaxud fəaliyyət göstərməsi üsuluna formalaşdırıcı təsiri olan hər hansı təcrübə də təhsilə aid hesab edilə bilər. Öyrətmənin metodologiyasına pedaqogika deyilir. Ümumilikdə rəsmi təhsil formal olaraq məktəbəqədər və ya bağça, ibtidai məktəb, orta məktəb və daha sonra kollec, universitet, yaxud şəyirdlik kimi mərhələlərə bölünür. Təhsil almaq hüququ bəzi dövlətlər və BMT tərəfindən tanınmışdır. Əksər regionlarda müəyyən yaşa qədər təhsil icbaridir. == Bəzi ölkələrdə təhsil illərinin başlama tarixi == Təhsil geniş anlayışdır.Təhsil tərbiyə işinə xidmət etməklə, müxtəlif istiqamətlərdə bilikalma və ixtisasa yiyələnmə prosesini həyata keçirir. Təhsil bilik, bacarıq və vərdişlərə yiyələnməyin məzmununu, həcmini, səviyyəsini, müddətini və tipini müəyyən edir.
Pedaqoji institutlar
Pedaqoji institutlar – orta məktəb müəllimləri, həmçinin məktəbəqədər tərbiyə müəssisələri və xüsusi məktəblər üçün pedaqoqlar hazırlayan ali təhsil müəssisələri. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Pedaqoji maarifçilik
Təhsildə maarif və ya Pedaqoji maarifçilik — əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi. Məsələn, xalq maarifi, maarif xərcləri, maarif şöbəsi. Maarif insanın ömrü boyu əldə edilən bilik, təhsil, savadla ölçülür. == Həmçinin bax == Maarifçilik Maarifçilik dövrü == Mənbə == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Pedaqoji psixologiya
Pedaqoji psixologiya — Psixologiyanın konkret fəaliyyətlə bağlı olan və yüksək praktik əhəmiyyət daşıyan mühüm xüsusi sahələrindən biridir. Pedaqoji psixologiya təlim, tərbiyə və pedaqoji fəaliyyətin psixoloji problemlərini araşdırır. Pedaqoji psixologiyanın həll etməli olduğu ən mühüm problemlər uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan bütün imkanları müəyyənləşdirməkdən, təlim və inkişafın qarşılıqlı əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin ümumi və yaşla bağlı olan cəhətlərini, əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin səmərəliliyini təmin edən psixoloji qanunauyğunluqları araşdırmaqdan və s. ibarətdir. == Predmeti == Pedaqoji psixologiyanın predmetini insanın tərbiyə, təlim və pedaqoji fəaliyyətinin psixoloji qanunauyğunluqlarının öyrənilməsi təşkil edir. Pedaqoji psixologiyanın predmetinə, birinci növbədə, şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrənilməsi, şəxsiyyətin inkişaf səviyyəsi və fəallığın qarşılıqlı əlaqəsinin, tərbiyənin idarə olunması problemlərinin, özünütərbiyə və əxlaq tərbiyəsinin, tərbiyəvi tədbirlərin psixoloji əsaslarının, gənc nəslin tərbiyəsinə təsir edən amillərin psixoloji xüsusiyyətlərinin aşkara çıxarılması təşkil edir. == Vəzifələri == Müasir pedaqoji psixologiyanın qarşısında mühüm nəzəri və praktik vəzifələr durur. Müasir pedaqoji psixologiyanın nəzəri vəzifələrinə, hər şeydən əvvəl, təlim-tərbiyə prosesində psixi inkişafın imkanlarını, təlim və tərbiyənin ümumi psixoloji qanunauyğunluqlarını öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq, pedaqoji psixologiyanın qarşısında duran mühüm nəzəri vəzifələrindən biri kimi gənc nəslin yüksək elmi dünyagörüşünə, şüuruna xas olan keyfiyyətlərlə formalaşdırılmasının ən səmərəli elmi yollarını müəyyənləşdirməyi göstərmək olar. Müasir pedaqoji psixologiyanın praktik vəzifələrinə gəldikdə buraya təlimin idarə olunmasının psixoloji məsələlərini, təlim və əqli inkişafın qarşılıqlı əlaqəsini, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə xüsusiyyətlərini və s.
Pedaqoji test
== Pedaqoji test nədir? == Pedaqoji Test – Sınaq iştirakçılarının müəyyən biliklər oblastının konkret bölmələri üzrə hazırlıq səviyyəsinin qəbul edilmiş meyarlarla obyektiv ölçülməsi üçün istifadə olunan test tapşırıqları və testlər toplusudur. Pedaqoji Test – Öyrənənlərin öyrədəndən asılı olmadan, obyektiv və funksional şəkildə təhsil nailiyyətləri səviyyəsinin ölçülməsinə, onların hər hansı təlim-tədris məzmunu oblastında qazandığı bilik, bacarıq, vərdişlərinin və elmi-praktiki təsəvvürlərinin layiqincə qiymətləndirilməsinə imkan verən spesifik formalı və müəyyən məzmuna malik faset tapşırıqlar sistemidir. Spesifik Forma dedikdə, test tapşırıqlarının konkret məntiqi mülahizə formasında işlənilməsi, qısa zaman kəsiyində düzgün, yanlış və ya buraxılmış şəklində cavablandırılması, texnoloji cəhətdən müəyyən məzmunlu, anlaşıqlı formalaşdırılması nəzərdə tutulur. Fasetlik – Testin məzmunun tam biliklər çərçivəsində müxtəlif variantlarla təkrarlanmasıdır. Pedaqoji Test – Spesifik formalı, çətinlik dərəcəsi getdikcə artırılan, sınaq iştirakçılarının bilik səviyyəsinin keyfiyyətli, effektiv şəkildə ölçülməsi, hazırlıq strukturunun qiymətləndirilməsi üçün lazım olan test tapşırıqları sistemidir. Test tapşırıqları sistemi dedikdə, test tapşırıqlarının əsasını təşkil edən prinsiplərin özəllikləri başa düşülür. Burada ilk növbədə hər bir fənnə məxsus olan xüsusiyyətlər ayırd edilir, onların əlaqəliliyi, nizamlılığı nəzərə çarpdırılır. Məktəb məzunlarının yekun atestasiyası üçün inteqrativ test tapşırıqlarının işlənilməsi vacib şərtdir. Onların məzmunu lazımi biliklər sistemini tam əhatə etməlidir.
Pedaqoji təcrübə
Pedaqoji təcrübə – təlim-tərbiyə işi prosesində müəllimin qazandığı pedaqoji bilik, bacarıq və vərdişlər; müəllimin pedaqoji ustalığının əsası; pedaqoji elmi inkişaf etdirmək mənbələrindən biri. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. == Xarici keçidlər == ПЕДАГОГИЧЕСКИЙ ОПЫТ - это...
Pedaqoji şura
Pedaqoji şura – orta təhsil müəssisələrində məktəbə kollektiv rəhbərlik orqanı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Gürcüstanda təhsil
Gürcüstanda təhsil — Gürcüstan ali məktəb sisteminə universitetlər, akademiyalar və institutlar daxildir. Ölkədə 26 dövlət ali məktəbi (onlardan səkkizi universitetdir) və 209 özəl ali məktəb fəaliyyət göstərir. == Ali təhsil == Əsas ali təhsil müəssisələri bunlardır: Tbilisi Dövlət Universiteti (5 regional filialı vardır) Tbilisi Dövlət Tibb Universiteti Gürcüstan Texniki Universiteti Gürcüstan Dövlət Aqrar Akademiyası Tbilisi Ruhani Seminariyası Beynəlxalq Qara Dəniz Universiteti Q.Rokabidze adına Universitet Şota Rustaveli adına Batumi Dövlət Universiteti Tbilisi İqtisadiyyat və Hüquq Akademiyası Tbilisi Asiya və Afrika İnstitutu Tbilisi Dövlət Rəssamlıq Akademiyası Şota Rustaveli adına Dövlət Teatr və Kino İnstitutu Tbilisi Konservatoriyası Avropa Menecment Məktəbi (sponsor – Şeverdnadze Fondu) Dövlət İdarəetmə İnstitutu (ABŞ ictimai və siyasi elmlər Milli Akademiyası ilə birgə məktəb layihəsi, amerika təhsil proqramları əsasında fəaliyyət göstərir) Tiblis Siyasi Akademiyası.
Hindistanda təhsil
Hindistanda təhsil — Cənubi Asiyada, Hindistan yarımadasında yerləşən Hindistan Federativ Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Hindistan tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. == Müasir təhsil sistemi == Hindistanda müasir təhsil sistemi hökumətin nəzarəti altındadır. Əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi üçün bu ölkədə geniş təhsil sistemi təşəkkül tapıb. 2005-ci ilin statistik məlumatlarına görə, Hindistanda əhalinin ümumi savadlılıq səviyyəsi təxminən 64,8 faiz təşkil edir. Qadınların savadlılıq səviyyəsi isə 53,7 faizə bərabərdir. Əhalinin 85 faizi ibtidai təhsilə, 39 faizi orta təhsilə, 9 faizi isə ali təhsilə cəlb olunub. 2005-ci ildə Hindistanda 410 milyondan çox 6-24 yaşlı gənc olmuşdur ki, bu da ümumi əhalinin təxminən 38 faizini təşkil edirdi. Onların yalnız 237 milyon nəfəri təhsilə cəlb olunmuşdur. Ölkə üzrə müəllimlərin ümumi sayı isə 7 milyon nəfərə yaxındır.
Küveytdə təhsil
Küveytdə təhsil — Cənub-Qərbi Asiyada yerləşən Küveyt Dövlətində mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Küveyt tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. XX əsrin əvvəllərində bu ölkədə neft ehtiyatları kəşf olunmazdan əvvəl yalnız Əl-Katatib adlandırılan dini məktəblərdə təhsil almaq mümkün idi. Belə tədris ocaqlarında təhsil prosesi müqəddəs Qurani-Kərimin öyrədilməsi, yazı, oxu bacarıqlarının inkişaf etdirilməsi və riyazi biliklərin aşılanması ilə məhdudlaşırdı. Bu məktəblər, əsasən varlı şəxslər tərəfindən maliyyələşdirilirdi. İqtisadi və ictimai şərait təhsilin bundan artıq inkişaf etdirilməsinə imkan vermirdi. XX əsrin birinci yarısında Küveytdə bir dənə də olsa, dövlət məktəbi yox idi. Ticarətin inkişafı, bununla da iqtisadiyyatın yüksəlişi 1912-ci ildə Küveytdə ilk dünyəvi yönlü tədris ocağı olan Əl-Mübarkiyyə məktəbinin yaranmasına səbəb oldu. 1921-ci ildə isə Əl-Əhmədiyə məktəbi yarandı. Bu məktəblərdə ingilis dili kursları da tədris olunurdu.
Maarif (təhsil)
Təhsildə maarif və ya Pedaqoji maarifçilik — əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi. Məsələn, xalq maarifi, maarif xərcləri, maarif şöbəsi. Maarif insanın ömrü boyu əldə edilən bilik, təhsil, savadla ölçülür. == Həmçinin bax == Maarifçilik Maarifçilik dövrü == Mənbə == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Macarıstanda təhsil
Macarıstanda təhsil — keçmiş Şərq Blokundakı təhsil sisteminin getdikcə Avropa Birliyinə inteqrasiyası şəklində formalaşıb və hazırda Avropa Birliyi standartlarına əsasən fəaliyyət göstərir. == Məktəbəqədər təhsil == == Məktəb təhsili == == Ali təhsil == Macarıstanda ilk universitet 1367-ci ildə yaradılmışdır və ali təhsilin tarixi təxminən 650 ildir. Macarıstanda bakalavr təhsili 3 il (bəzi mühəndislik sahələrində 3.5 il), Magistr təhsili isə 2 il davam edir. Tibb təhsili 6 il, Diş Həkimliyi və Əczaçılıq isə 5 ildir. === Tanınmış universitetlər === Budapeşt Beynəlxalq Biznes Məktəbi MET Andraşi Universiteti Korvinus Universiteti Sent İştvan Universiteti ELTE Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti Mərkəzi Avropa Universiteti Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi Obuda Universiteti.
Maltada təhsil
== Ali təhsil == Kiçik ölkə olduğu üçün Maltada cəmi bir universitet - Malta Universiteti vardır. Malta Universiteti Mzida şəhərində yerləşir. 1592-ci ildə yaradılıb, çox sayda şöbələri və filiallları vardır. 9 minə qədər tələbə təhsil alır, onun minə qədəri xaricilərdir. Universitet kampusu təhlükəsizlik tələblərinə tam cavab verir. Təhsil haqqı digər ölkələrə nisbətən ucuzdur. Universitetdə iqtisadiyyat, incəsənət, humanitar fənlər, mühəndislik, tibb, diplomatiya və s. ixtisslar üzrə bakalavr, magistr və doktorluq təhsili almaq olar. == Ölkədə xarici universitetlər == Xarici ölkə universitetləri Maltada sərbəst şəkildə filiallarını aça və qeydiyyatdan keçirə bilərlər. Bu filiallarda təhsil ödənişli olur.
Monteneqroda təhsil
Monteneqro təhsil — Monteneqro hökuməti yanında Təhsil və Elm Nazirliyi tərəfindən tənzimlənir. Təhsil hazırlıq və ibtidai məktəbdən başlayır: Çernoqoriya uşaqlar 6 yaşında ibtidai məktəbə gedir və 9 il təhsil alırlar. == Tarix == 1868-ci ilə qədər Monteneqroda bir neçə ibtidai məktəb var idi. Lakin sonrakı 7 ildə 3 min şagird üçün nəzərdə tutulmuş 72 yeni məktəb açılmışdır. İbtidai təhsil universal və pulsuz idi. 1869-cu ildə Çetinyedə (ibtidai sinif müəllimlərinin hazırlandığı xüsusi bir məktəb) müəllimlər seminariyası və qızlar üçün bir institut açılmışdır. 1875-ci ildə Danilovqradda Türkiyəyə qarşı müharibənin başlaması səbəbindən iki il sonra bağlanmış kənd təsərrüfatı məktəbi açılmışdır. 1880-ci ildə V–VIII siniflər üçün ilk klassik gimnaziya, 1893-cü ildə Podqoritsa başqa bir kənd təsərrüfatı məktəbi açılır. 1902-ci ildə Monteneqroda ilk gimnaziya IX–XII siniflər üçün olan gimnaziya olur. 1899-cu ilə qədər Monteneqroda 75 dövlət və 26 özəl məktəb var idi.
Mərakeşdə təhsil
Mərakeşdə təhsil == Ali təhsil == Mərakeşdə ali təhsil müddəti üç ildir. 14 dövlət və özəl ali məktəbi vardır. Əsas ali məktəblər: V Məhəmməd Universiteti. Ölkənin ən nüfuzlu ali məktəbidir. Fəs şəhərində Karaouine Universiteti. Regionda ən qədim universitetdir, islam tədqiqatları ilə məşhurdur. İfran şəhərində Al – Akhawayn Universiteti. 1993-cü ildə kral II Həsən və Səudiyyə Ərəbistanı kralı Fəth tərəfindən yaradılıb. Amerika proqramı ilə işləyir.
Məsafədən təhsil
Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur. Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır.
Niderlandda təhsil
Niderlandda təhsil — Qərbi Avropada yerləşən Niderland Krallığında mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Niderland tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. == Ali təhsil == Niderland dövlət universitetlərində təhsil özəl universitetlərə nisbətən çox ucuzdur. Buna baxmayaraq, dövlət universitetlərində təhsil almaq burada daha şöhrətli və populyardır.
Norveçdə təhsil
Norveçdə təhsil 6-16 yaşlı uşaqlar üçün icbaridir. == Ali təhsil == Norveçdə altı universitet, altı ixtisaslaşmış institut, 25 institut, iki dövlət incəsənət institutu və 29 özəl ali məktəb vardır. 2005-ci il məlumatına görə ali məktəblərdə 211 min tələbə təhsil alır. Əsas universitetləri bunlardır: Bergen Kafedral Məktəbi (norv. Bergen Katedralskole, lat. Scholae Bergensis Cathedralis) — Bergen şəhərində Domkirke kilsəsi yaxınlığında yerləşir və 400 tələbəsi vardır. Bergen Universiteti (norv. Universitetet i Bergen) — 1946-cı ildə yaradılıb. Altı fakültəsi vardır. Norveç Təbiət və Texniki Elmlər Universiteti.
Orta təhsil
Orta təhsil – əksər ölkələrin maarif sistemində əsas təhsil dərəcəsinin ənənəvi adı. Orta təhsil adı təhsil səviyyəsinin təbəqələşməsi nəticəsində yaranmışdır. Orta ixtisas təhsili – xalq təsərrüfatı, səhiyyə və mədəni-maarif müəssisələri üçün orta ixtisas təhsilli mütəxəssislər hazırlanması sistemi. XX əsrin I yarısından müstəqil təhsil sahəsi kimi formalaşmışdır. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qazaxıstanda təhsil
Qazaxıstanda təhsil — Sovet İttifaqından müstəqillik qazandıqdan sonra Qazaxıstanda təhsil üçün "dövlət maliyyələşdirməsi" kəsilmişdi. 1991-ci ildə ümumi daxili məhsulun 6% -dən 1994-cü ildə təxminən 3% -ə düşmüşdür. 1999-cu ildə 4% -ə yüksəlmişdir. " İbtidai və orta məktəb müəllimləri pis maaş alırlar; 1993-cü ildə 30.000-dən çox müəllim (və ya 1990-cı il müəllim heyətinin təxminən yeddisi) təhsili tərk etdi, onlardan bir çoxu daha gəlirli iş axtarırdılar. 1994-cü ildə Qazaxıstanda təxminən 3,5 milyon şagirdin qatıldığı 8,575 ibtidai və orta məktəb (təxminən on birdən on bir sinif), təxminən 222 min şagirdi olan 244 xüsusi orta məktəb var. 1992-ci ildə Qazaxıstanda uyğun uşaqların təxminən 51 faizi 8500-ə yaxın məktəbəqədər müəssisələrdə təhsil alırdı. 1994-cü ildə 272,100 tələbə respublikanın altmış bir ali təhsil müəssisəsinə qəbul edildi. Tələbələrin əlli dörd faizi qazax, 31 faizi ruslar idi. Qazaxıstanın 1995-ci il konstitusiyasında məcburi, ictimailəşdirilmiş orta məktəb təhsili verilir. Vətəndaşlar ali təhsil müəssisələri üçün yarışırlar.
Qiyabi təhsil
Qiyabi təhsil – ali və orta təhsilli mütəxəssislər hazırlamaq və onların ixtisasını artırmaq, həmçinin istehsalatdan ayrılmadan ümumi orta təhsil almaq formalarından biri. Qiyabi təhsildə tələbələrin (şagirdlərin) müstəqil işi əsas təlim formasıdır. Qiyabi şahmat - poçt vasitəsilə şahmat oyunu == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qırğızıstanda təhsil
Qırğızıstanda təhsil — yeddi yaş ilə on beş yaş arasında doqquz illik icbari təhsildir. Dörd illik ibtidai təhsil, beş illik orta təhsildən sonra sistem iki illik ümumi orta təhsil, xüsusi orta məktəb və ya peşə məktəbi təklif edir. Təhsil və Elm Nazirliyi (TEN) Qırğızıstandakı təhsildən məsuldur. Büdcə kəsirləri, müəllimlərin əmək haqlarının və avadanlıqların mövcudluğunun azalması ilə nəticələnir ki, bu da qeyri-mütənasib olaraq qadınların işə qəbulunda aşağı göstəricilərlə müşahidə olunur. 2008-ci ildə ümumi daxili məhsulun yüzdə 3,7%-i təhsilə xərclənmişdir. 2001-ci ildə uyğun yaş qrupunun təxminən yüzdə 89-u məcburi olaraq proqrama yazıldı, lakin bu nisbət 2000-ci illərin əvvəllərində azaldı. 2004-cü ildə Qırğızıstanda savadlılıq nisbəti yüzdə 98,7% idi. == Struktur və təşkilat == === Məktəbəqədər və ibtidai təhsil === "Təhsil haqqında" qanuna və "Məktəbəqədər təhsil haqqında" qanuna görə məktəbəqədər təhsil fasiləsiz təhsilin başlanğıc mərhələsidir və "fərdin fiziki, intellektual və əxlaqi inkişafının təməllərini" qoymağı hədəfləyir. Məktəbəqədər təhsil 3-6/7-dək uşaqlar üçündür və istəyə bağlıdır. Buna giriş məhduddur (xalis qeydiyyat nisbəti 2005-ci ildə 10% ).
Sloveniyada təhsil
Sloveniyada təhsil - Sloveniyada ibtidai təhsildən ikinci təhsilə qədər müddəti əhatə edib (proqramları və təhsil sisteminin inkişafı daxil olmaqla) Sloveniya Respublikasının Milli Təhsil İdarəsi tərəfindən tənzimlənir. Uşaqlar 6 yaşınadək məktəbə gedir və 15 yaşında məzun olurlar. Məktəb 24 İyun tarixində başa çatır və 1 sentyabr tarixinə qədər uşaqlar tətil edir. Təhsil ili, iki yarım ilə bölünür, hər birində uşaqların tətili var( payız, Milad, qış və May). == Birinci mərhələ == İlk beş il ərzində məktəblilər eyni sinifə gedir və sinifdə bir müəllim tədris edir. Bəzi müəllimlər bədən tərbiyəsi, təsviri incəsənət və musiqi kimi fənləri öyrədirlər. Baş müəllim əsas müəllimə təhsili tələbələrə təqdim etməkdə köməklik edir. Təhsilə oxuma, yazma və hesablama ilə başlayırlar. Uşaqlar ana dilini (Sloven, Macar və ya İtalyan dili – təhsil aldıqları məkandan asılı olaraq), riyaziyyat, təbii və sosial elmləri, musiqi, bədən tərbiyəsi və təsviri incəsənəti öyrənirlər. Dördüncü sinifdən xarici dil (əsasən İngilis dili) öyrənirlər.
Tayvanda təhsil
Tayvanda təhsil (çin. 臺灣教育) — Tayvanda mövcud olan çoxşaxəli təhsil sistemi. == Təhsil sistemi == Tayvanın güclü təhsil sistemi var. Tayvan texnologiya və innovasiyalar ilə maraqlanan tələbələr üçün kifayət qədər ideal bir məkandır. Bu ölkə qabaqcıl texno-sənayesi, bir sıra universitetləri ilə məşhurdur. Əcnəbi tələbələr həm təhsil haqqı və həm də yaşayış xərcləri baxımından sərfəli olan Tayvanda oxumağa üstünlük verirlər. Tayvanın 2016-cı ilə aid Asiya reytinqlərində 34 nümayəndəsi var idi ki, onlardan da 5-i ilk 50-likdə yer almışdır. Ölkənin təhsil sisteminə 3-6 yaşında uşaqların məktəbəqədər tərbiyəsi, 9 illik icbari təhsil, ali təhsil daxildir. 9 illik icbari təhsil də öz növbəsində 6 illik ibtidai məktəb; 3 illik natamam orta məktəb, onu bitirdikdən sonra isə təhsili 3 illik tam orta məktəbdə və ya 3 illik orta peşə məktəbində, yaxud da 5 illik peşə kollecində davam etdirmək olar. == Normativ-hüquqi baza == Tayvanda təhsil sistemi tam orta və orta ixtisas təhsili haqqında 2004-cü il tarixli, natamam orta təhsil haqqında 2006-cı il tarixli, qeyri-dövlət məktəbləri haqqında 2006-cı il tarixli, universitetlər haqqında 2007-ci il tarixli qanunlarla tənzimlənir.